Çərşənbə axşamı, 07 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılıb... 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında həyata keçirilən tədbirlər davam etdirilməkdədir.

Musavat.com-un məlumatına görə, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 30-da səhər saatlarından etibarən paytaxtdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 4-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verib, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində iştirak ediblər.

Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2 000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüblər.

Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Ölkə başçısının diqqət və qayğısı nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları yeni xüsusi təyinatlı avtonəqliyyat və digər texnika ilə təmin olunub və yaxın vaxtlarda əlavə maşın və xüsusi texnikalar Bakıya gətiriləcək.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Dezinfeksiya


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Xoşqədəmlə Doğuş sərt karantin rejimində "Azərbaycan səyahəti" - Video

Ermənistan bir “raket”lə həm İsraili, həm Azərbaycanı “vurur”…

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

Vilayət Eyvazov Vilayət Allahverdiyevə yüksək vəzifə verdi

"Özü qudurğandır, ona görə elə yazıb" - Xalq artisti qəzəbləndi

“Qayınanasının əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin”

"Onların övladları tez-tez qudurğanlıq edir..." - Baş redaktordan sərt tənqid

“Qorxaq. Bunun başqa adı yoxdur” – İlham Əliyevdən sərt açıqlamalar

loading...

Ən çox oxunanalar