Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda maaş artımı müəmması - Axı, böhran müsbət dinamikaya təkan verə bilməz...

Bakı Şəhər Statistika İdarəsinin (BŞSİ) məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 927 manat təşkil edib. İdarə bunun ötən ilin hesabat aylarına nisbətən 9,7% çox olduğunu açıqlayıb.

Bu məsələdə təəccüb doğuran məqam paytaxtdakı orta əməkhaqqı məlumatları deyil, bunun yalnız Bakıda artması, əksinə bütün Respublikada azalmasıdır. Ölkədə maaşların nəzərəçarpacaq dərəcədə aşağı düşməsi rəsmi qurumların açıqlamalarında qeyd olunur. İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, 2021-ci il üçün dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib ki, keçən il orta əməkhaqqı, təxminən 702 manat olub. O, əmək bazarında artan şəffaflığı nəzərə alaraq, gələn il orta aylıq əmək haqqının 727 manat olacağının gözlənildiyini söyləyib.

Burada qeyd edək ki, COVID-19 məhdudiyyətləri başlamazdan əvvəl, yəni bu ilin yanvar-aprel aylarında Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işçilərin orta əməkhaqqı 744,5 manat idi. Pandemiya və karantin məhdudiyyətlərinin tətbiq olunduğu aylar ərzində ölkədə orta əməkhaqqının 42,5 manat azaldığı ortaya çıxdı. Eyni quruma görə, bu ilin yanvar-noyabr aylarında adambaşına nominal pul gəlirləri 2% azalaraq 5028,8 manata düşdü. Bütün vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra, əhalinin 45 milyard 499,1 milyon manat miqadarında gəlirləri olub ki, bu da keçən ilin hesabat aylarına nisbətən 2,3% azdır.

Ölkənin əsas şəhərindəki karantin və təsərrüfat subyektlərinin işinə ciddi qadağalar tətbiq olunması şəraitində, maaşların keçən ilin səviyyəsini keçməsi nə ilə izah edilə bilər? Və paytaxt sakinləri, həqiqətən nə qədər maaş alırlar?

Bu suallara cavab vermək üçün, sadəcə sosial şəbəkələrdə və elektron işə qəbul platformalarında yerləşdirilən iş elanlarına baxmaq kifayətdir. Dərhal deyək ki, bir qayda olaraq, iaşə, ticarət və xidmət sahələrindəki vakansiyalar barədə elanlar verən bir çox yerli məşğulluq firması praktik olaraq fəaliyyətsizdir. Bəzi şirkətlər sosial şəbəkələrdə səhifələrini bağlayır, bəziləri bu səhifələrin satışına elan verir.

“Facebook”da 11 min üzvü olan səhifənin satılması üçün elan yerləşdirən “Vakantno” məşğulluq şirkəti də belələrindəndir. Bir çox işə qəbul agentliyində son iş elanları mart ayına təsadüf edir. Pandemiyadan əvvəl yayımlanan əksər elanlarda dayələr, satıcılar, ofisiantlar, ev qulluqçuları və ofis işçiləri üçün ən populyar işlərin orta maaşları 300-600 manat arasında idi.

Bu çətin dövrdə də müştərilərini itirməyən daha iri iş agentlikləri, məsələn, “Diplomat” kadrlar agentliyi iş elanları yerləşriməyə davam edir. Bu, əsasən ev işləri ətrafında kömək sahəsidir - 500 manatdan 1000 manatadək maaş təklif edilən ev qulluqçularının, dayələrin, ev aşpazlarının və tibb bacılarının xidmətləri. İxtisaslı işçilərə - hüquqşünaslara, proqramçılara, mühasiblərə, tibb işçilərinə tələb azalsa da, tam itməyib. Dizaynerlər, elektriklər, operatorlar və hətta, floristlər üçün 500 manatdan 1000 manatadək maaşları olan vakansiyalar təklif olunur.

Karantinin sərtləşdirilməsi ilə xidmət sektorunda az maaş alan iaşə və ticarət işçiləri əmək bazarından praktik olaraq “çıxıblar”. Onların əksəriyyəti işsizlər sırasına qoşulub. Bu baxımdan orta əməkhaqqı yalnız statistik olaraq artıb.

Bu artım sırf formal xarakter daşıyır və real əməkhaqqı artımı ilə deyil, az əməkhaqqı alan işçilərin əmək bazarından uzaqlaşması ilə əlaqədardır. Eyni zamanda, sərt karantin və neft gəlirlərinin azalması şəraitində dövlət və özəl sektorda işçilərin ixtisarına və maaşların aşağı düşməsinə səbəb olub.

Düzdür, bu ilin aprel ayından bəri bağlanmış iş yerlərinin sayı barədə məlumatlar açıqlanmır. Orta əməkhaqqı statistikasının yalnız rəsmiləşdirilmiş əmək münasibətləri nəzərə alınmaqla hesablanması, bu rəqəmlərin əmək bazarındakı real vəziyyəti əks etdirməməsi deməkdir. Mütəxəssislərin fikrincə, işləyən hər üç vətəndaşdan yalnız biri əmək münasibətlərini rəsmiləşdirib və ona nəğd verilən “paket” hissəsini saymayaraq, “ağ” maaş alır.

Bununla yanaşı, qanuni əmək bazarında əməkhaqqının artımı məsələsindəki müəmma açıq qalır, çünki mövcud böhran müsbət dinamikaya yardım edə bilməzdi. İqtisadiyyat naziri Mikayıl Cabbarovun mart ayından bəri açılan on minlərlə yeni iş yeri ilə bağlı açıqlamalarının məntiqini izləməklə, müsbət statistikanın əməkhaqlarının “ağardılması”nın nəticəsi olması qənaətinə gəlmək olar. Çünki, işçilərə ehtiyacı olan işəgötürənlər onlar üçün icazə almaq məcburiyyətində qaldıqlarına görə əmək münasibətlərini rəsmiləşdirməli olublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar