Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda küçədə aşkarlanan uşaq dispanserə yerləşdirilir - Foto,Yenilənib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı növbəti məlumat yayıb.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu "Report"a bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə həyata keçirdiyi səlahiyyətləri çərçivəsində uşaq və anası tapılıb.

Onun sözlərinə görə, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.

***

Bakıda uşağın küçələrdə dilənməsini görməzdən gəlirlər”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Daha əvvəl də sosial şəbəkələrdə görüntüləri paylaşılan uşaqla bağlı aidiyyəti qurumların reaksiyasız qalması istifadəçilər tərəfindən ciddi müzakirə edilib.

K.Ağazadə küçədə diləndirilən azyaşlı uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı olduğunu vurğulayıb:

“Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı! Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasından reaksiya gəlməyib”.

Paylaşımda paytaxtın Yasamal rayonu ərazisində bu vəziyyətdə görülən uşağa Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə reaksiyasız qalması qınanılıb:

“Yasamal Rayon İcra Hakimiyyəti də bu uşağı görmədi ki, görmədi. Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur. Bu uşaq müalicə almalıdır. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə olunmalıdır. Daha sonra müəssisəyə yerləşdirilməlidir. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz, dövlət qurumları, bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz”.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

Ən çox oxunanalar