Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda korrupsioner "JEK" işçiləri tutuldu

Nəsimi rayonu MKTB-nın 14 saylı MİS-in vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb.

Bu barədə PİA.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilən ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışan Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

"Qızımın saçını kəsdirib, nə günə qoyub..." - Mətanətin gəlini övladları ilə görüntülərini yaydı - Foto, Video

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Qanuna dəyişiklik maşınların qiymətinə təsir edəcək? - Foto

Ərdoğan: “Azərbaycan Prezidenti dedi ki, İsrailə qarşı hər hansı güzəşt yoxdur”

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumunun həddi məlum olub

Ən çox oxunanalar