Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda koronavirusla mübarizə üzrə 39 ərazi tibb məntəqəsi yaradılıb

Bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova deyib...

Bakıda koronavirusla mübarizə üzrə 39 ərazi tibb məntəqəsi yaradılıb
Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan ərazi bölgüsü əsasında həmin 87 tibb müəssisəsini əhatə edən COVID-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradılıb.

O qeyd edib ki, yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir: "Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir".

N.Veysova bildirib ki, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütamadi olaraq məlumatlandırılacaq.

İdarə rəisi şəhər sakinlərinə müraciət etdi: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir Azərbaycanlının vətəndaş borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq.”

Baş Səhiyyə İdarəsinin rəisi bildirdi ki, son həftə ərzində COVİD-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər və bu səbəbdən COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara xahiş ilə müraciət etdi ki, poliklinikalara getməkdən çəkinsinlər və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar. Sahə poliklinikarının əlaqə nömrələrinin siyahısı Səhiyyə Nazirliyinin saytında yerləşdirilmişdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar