Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

Müşahidələr onu deməyə əsas verir ki, hələ də çoxları üçün sosial məsuliyyət anlayışı heç bir məna ifadə etmir..

Azərbaycanda xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Rejimin sərtləşməsi COVID-19 infeksiyasının dəyişməyən artım dinamikası ilə əlaqədardır. Ölkədə, həmçinin tibbi maskalar taxmamaq üçün cərimələr də tətbiq olunur.

Bir müddət əvvəl qəbul edilən qadağalara görə, hər hansı bir sərnişinin maska olmadan avtobusa minməsi halında, avtobusun dayanacaqdan çıxmağa ixtiyarı yox idi. Avtobuslarda maskalar olmadan minməyin qadağan edilməsi xəbərdarlıqları ilə stikerlər yapışdırılıb.

Məncə, bu, çox gecikmiş bir qərar idi. Bütün ictimai nəqliyyat növlərində maska taxmaq tələbi Bakı metrosu ilə eyni vaxtda qəbul edilməli idi. Ancaq necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Bəs, ictimai nəqliyyatda bu qadağalara əməl edilirmi?

İşlərimlə əlaqədar Bakının Nizami rayonundakı “Səkkizinci kilometr bazarı”na getmək qərarına gəldim. Bakıətarfı kəndlərdən “Koroğlu” metrostansiyasına gedən avtobusa minəndə gördüm ki, qadağaya baxmayaraq, bəzi sərnişinlər avtobusda maskasız oturublar. Bir neçə dəqiqədən sonra avtobus sürücüsü yerinə oturdu. Ağzına taxılmaq üçün olan maska çənəsində, maska taxmayan sərnişinlərə də heç nə demədən yola düşdü.

Fotolar

Son dayanacağa - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə çatdıq. Kabinədən çıxıb qovşağı gəzərkən, maskaları ağızlarında yox, sinələrində olan bir neçə dispetçer və polis əməkdaşlarını da gördüm.

Oradan bazara yollanmaq üçün “Bakubus”ın avtobusuna mindim. Burada hər şey çox səliqəli görünürdü - maskalı sərnişinlər. Bəziləri maska ilə yalnız ağızlarını örtmüşdülər, amma içəri daxil olan dispetçer sərnişinlərdən ağızlarını və burunlarını tamamilə örtərək maskalardan düzgün istifadə etmələrini istədi. Bu cür sosial məsuliyyət təqdirəlayiqdir. Lakin, nədənsə dispetçer yalnız sərnişinlərdən bunu tələb etdi. Maskası ağzında yox, çənəsində olan sürücünü isə “görmədi”.

Avtobus bizi bazara çatdırdı. Və gördüklərimdən şoka düşdüyümü desəm, yalan olmaz. Təsəvvür edin ki, bazar ərazisində gəzişən səyyar satıcılar sadə mallarını - corab, telefon üçün qulaqcıq, ağcaqanad dərmanı və sair təklif edirlər. Onların əksəriyyəti maskasızdır, olanlar da qoruyucu vasitəni çənələrinə taxıblar.

Həmişə olduğu kimi, bazar ətrafında anitisanitariya yuvasına çevrilmiş zibilliklər. Karantinə baxmayaraq burada canlanma var və şıdırığı alver gedir. Burada gündə neçə insanın koronavirusa yoluxa biləcəyini təsəvvür etmək belə, qorxuncdur. Pandemiyadan əvvəl də bu bazarda antisanitar vəziyyət hökm sürürdü, amma bu gün durum COVID-19-un geniş yayılması ilə daha da ağırlaşır.

Ümumiyyətlə, evdən çıxıb, avtobusa minib bu bazara gələnə qədər müşahidə etdiklərimdən belə qənaətə gəldim ki, hələ də çoxları üçün sosial məsuliyyət anlayışı heç bir məna ifadə etmir. İnsanlar, sadəcə diqqətsizliyi, laqeydliyi ilə başqalarının ölümünə səbəb ola biləcəyini başa düşmək istəmirlər. Belə çıxır ki, hamımız hələ uzun müddət bu dəhşətin içərisində yaşamaq istəyirik?!( ayna.az)

pia.az


Etiket: Bakı koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar