Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Komissar Nazim” ləqəbli narkotacir tutulub

Bakıda tanınmış narkotacir tutulub...

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əldə edilən məlumat əsasında keçirilən tədbir zamanı Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş “Komissar Nazim” adı ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov sonuncunun idarə etdiyi “Lada Priora” markalı avtomobillə birlikdə Nizami rayonunda saxlanılıblar. Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitələr - 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239,775 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10,245 qram metamfetamini Nazim Qurbanovdan gizli onun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədi ilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar