Araşdırma zamanı cinayəti mərhumun qonşusu Dostəli Abuzərovun törətdiyi üzə çıxıb...
2018-ci il sentyabrın 16-da Suraxanı Rayon Prokurorluğuna “Zeytun bağları” sahəsində rayon sakini, 41 yaşlı Sərhəng Qədirovun qətlə yetirilməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı cinayəti mərhumun qonşusu Dostəli Abuzərovun törətdiyi üzə çıxıb.
O, səhəri gün Xaçmaz rayonunda tutulub.
Məlum olub ki, Dostəli Abuzərov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.
Cinayətin təfərrüatı Baku TV-nin süjetində:
pia.az