Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda keçirilmiş “Formula-1” yarışı “Top-10”a düşdü

2017-ci ildə keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-Prisi son onilliyin “Top-10” yarışına düşüb...

Oxu.Az “Formula-1”in saytına istinadən xəbər verir ki, 2010-2019-cu illər ərzində 200-ə yaxın yarış keçirilib.

Keçirilən səsverməyə əsasən, 2017-ci ildə Bakıda keçirilmiş yarış “Top-10”da yer alıb. Belə ki, sorğuda iştirak edənlər ən maraqlı Qran-Prilər arasında Azərbaycandakı yarışı da qeyd ediblər.

Nəticədə, Azərbaycan Qran-Prisi altıncı yerdə qərarlaşıb.

Fanatların daha çox marağını cəlb edən məqam həmin yarışda ilk döngəsindəcə iki finlandiyalı pilot – Valtteri Bottasla Kimi Raykkönenin toqquşma səhnəsi olub. Qırıntılara görə trasa təhlükəsizlik maşını girmişdi.

Səsvermədə sıralama bu formadadır:

10. Macarıstan Qran-Prisi (2014)

9. Bəhreyn Qran-Prisi (2014)

8. Avstraliya Qran-Prisi (2010)

7. Almaniya Qran-Prisi (2018)

6. Azərbaycan Qran-Prisi (2017)

5. Avropa Qran-Prisi (2012)

4. Braziliya Qran-Prisi (2012)

3. Braziliya Qran-Prisi (2019)

2. Kanada Qran-Prisi (2011)

1. Almaniya Qran-Prisi (2019)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Formula-1

Şərh yazın.


loading...

Ən çox oxunanalar