Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakıda keçiriləcək bir sıra beynəlxalq sərginin vaxtı dəyişdirilib

Dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar "Caspian Event Organisers" şirkəti Bakıda keçiriləcək bir sıra beynəlxalq sərgilərin tarixlərini dəyişib...

Bu barədə şirkətdən bildirilib.

Şirkətdən verilən məlumata görə, vaxtları dəyişdirilən sərgilərin sırasında 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri yer alıb. Bu tədbirlər cari ilin 18-20 noyabr tarixlərində keçiriləcək.

Bundan başqa, bu il keçiriləcəyi planlaşdırılan daha üç sərginin vaxtları dəyişdirilərək 2021-ci ilə keçirilib. Bu sərgilər sırasına 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF – 8-10 aprel 2021-ci il), 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi ("TransLogistica Caspian" – 28-30 aprel 2021-ci il) və 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ("Caspian Oil and Gas" – 1-3 iyun 2021-ci il) daxildir.

"Bu il keçirilməsi nəzərdə tutulan digər sərgilər plana uyğun olaraq təşkil olunacaq", - deyə şirkətdən bildirilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: sərgi


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanın daha bir səfirinin Londonda şirkəti aşkarlandı – Sənəd

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

loading...

Ən çox oxunanalar