Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu

“Azərsu” ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur...

PİA.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir: “Araşdırmalar göstərir ki, kanalizasiya qapaqları və barmaqlıqlar ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir. Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər “Azərsu” ASC-ni əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır”.

Qurum bildirir ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə “Azərsu” ASC-nin yerli sukanal idarələri tərəfindən hüquq-mühafizə orqanlarına və digər aidiyyatı təşkilatlara müraciətlər olunub.

“Azərsu” metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə edir ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarını qəbul etməsinlər.

Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu (Yeni Sabah)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Azərsu

Şərh yazın.


loading...

Ən çox oxunanalar