Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda iki sərnişin avtobusu toqquşub

Bu gün axşam saatlarında Xətai rayonu S. Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib...

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub.

Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Agentliyə çağırılıb.

Agentlikdən verilən məlumata görə, hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib: “Buna baxmayaraq, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir təsirli tədbir görülməyib. Məlum yol nəqliyyat hadisəsinin baş verməsi də bu daşıyıcıların işinə məsuliyyətsiz yanaşmasının təzahürüdür. Sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələbinə uyğun qurmayan, işində ciddi pozuntulara yol verən daşıyıcılarla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək”.

pia.az


Etiket: avtobus qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar