Bakıda keçmiş məhkum və yeniyetmə 2 avtomobil oğurlayıb...
Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində P.Bəşirova məxsus “VAZ-2101”, E.Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Ağayev və bir yeniyetmə saxlanılıb.
pia.az