Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda içməli su borusunun partlaması nəticəsində Babək prospektini su basıb - Foto - Yenilənib

Əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub

Bakının Nizami rayonunun Babək prospektindən keçən hissəsində içməli su borusu partlayan əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.

ASC-dən APA-ya verilən ilkin məlumata görə, həmin su borusunun olduğu ərazidə 3 ayrı boru var. Partlayan borudan yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlaması suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

*****

22:35

Bakıda Nizami rayonunun Babək prospekti hissəsindən keçən içməli su borusu partlayıb.

APA xəbər verir ki, yüksək təzyiqə dözməyən borunun partlaması nəticəsində su Babək prospektində yolu basıb.

Hazırda borudan axan su ətraf ərazilərə yayılmaqdadır.

Pia.az


Şərh yazın.

loading...