Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Bakıda həkim əməliyyat zamanı yaşlı xəstəni vurub – Şikayət

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib..

Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.

Bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.

“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin də insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq.

Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin?

Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.

Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz deyib”, heç həkimi çağırmadılar”.

Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:

“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”.

Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəm.

Mən hələ də dövlət səviyyəli klnikada belə özbaşınalığın olmasına inana bilmirəm”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar