Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib...
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
"Sevinc" kinoteatrı yaxınlığında iki avtomobilin toqquşması zamanı 1990-cı il təvəllüdlü Səmədova Türkan Bəxtiyar qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın əzilmiş-kəsilmiş yarası, qaşüstü nahiyənin kəsilmiş-əzilmiş yarası diaqnozları qoyulub. (Report)
pia.az