Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az