Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ətin kiloqramı neçəyə satılır? 

Son vaxtlar ətin qiymətinin bahalaşdığı deyilir.

Yayılan məlumatlara görə, bəzi ət satışı məntəqələrində ətin bir kiloqramının qiymətində 4 manata qədər artımın olduğu bildirilir.

Oxu.Az-ın əməkdaşı qiymət artımının olub-olmamasını araşdırmaq üçün ət-kəsim məntəqələrində olub.

Öncə Neapol dairəsi yaxınlığındakı ət satışı dükanlarına daxil olduq.

Orada 1 kiloqram mal ətinin qiyməti 11,5 manata satılır. Sümüksüz 1 kq mal ətinin qiyməti isə 13-13,50 manat aralığında dəyişir. Ət satanların sözlərinə görə, qiymət qaldırılmayıb, əvvəl necə satılırdısa, indi də o qiymətə satılır. Onlar da ətin qiymətinin qaldırılması ilə bağlı xəbərlərə təəccübləniblər.

Daha sonra 8-ci km bazarı adlanan əraziyə baş çəkdik. Burada yaşlı və dişi ətlər satıldığından, qiymətlər nisbətən ucuzdur. Ət satışı ilə məşğul olan Məcid Əliyev təxminən 30 ildir ki, bu bazarda işləyir. O da qiymət dəyişikliyinin müşahidə olunmadığını dedi:

“Biz əvvəl necə idisə, indi də o qiymətə satırıq. Yəni əti 7,50 manata satırıq. Bizdəki düyə (dişi) ətidir. Bu ətlər gecə saat 1-2-də kəsilir. Mallar əsasən BeyləqanBərdədən gətirilir, İslam qaydalarına əsasən kəsib satırıq. Satılmayan ətləri bazarın böyük soyuducusuna yerləşdiririk. Yəni, xarab olmurlar, səhər satırıq”.

8-ci mikrorayonda yerləşən iri ət dükanında isə qiymətlərdə ciddi artım müşahidə olunmur. Qəssablardan birinin sözünə görə, 1 kq ət 13, sümüksüzü isə 13 manata satılır. Quzu ətinin 1 kq-ı isə 14,5-15 manata satılır.

Ancaq bir qədər irəlidə müəyyən edirik ki, mal ətinin qiyməti 11,5, sümüksüzü isə 14 manatadır. Satıcı Asif Vəliyevin sözlərinə görə, qiymət artımı malların əsasən gətirildiyi Bərdə ilə bağlıdır:

“Rayondan gətiririk. Gətirdiklərimiz erkək, cavan danalardır. Orada malların qiyməti qaldırılıb. Ancaq müştərilər qaçmasın deyə, məcburuq ki, əvvəlki qiymətə sataq. Əvvəllər rayonda ət 13 manat idi, biz də 14 manata satırdıq, hər kilosunda 1 manat bizə qalırdı. İndi qiymət olub 14 manata. Biz isə dəyişməmişik”.

Təbii ki, belə də sual doğur, bəs bu satıcıların xeyri nədir? Obyektin təmsilçisi Kənan Baxşəliyevin sözlərinə görə, burada əvvəldən də sümüksüz ət 14 manata satılıb.

Biləcəridə yerləşən ət dükanının qəssabı Şahin Yaqubov isə deyir ki, sümüksüz ətin qiymətində 1 manat artım var. Buna səbəb isə, Bərdə bazarında dana ətinin əvvəlki qiymətə satılmamasıdır. Bu səbəbdən də 50 qəpik - 1 manat baha qiymətə satış edilir. Lakin qəssab alıcıların azalmaması üçün bundan artıq qiymət artımının olacağına inanmadığını bildirir. Onun sözlərinə görə, ətin qiymətinin 2-3 manat artacağı ilə bağlı deyilənlər şayiədən başqa bir şey deyil.

Beləliklə, ətin qiymətinin artması, xüsusilə 4 manat bahalaşması ilə bağlı yayılan şayiələrin əsassız olduğu üzə çıxdı.

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar