Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda əsgər məzarlığı salınır – Müdafiə naziri təsdiq etdi…

Bakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib...

Xatırladaq ki, ərazidə sıra ilə məzarların salınmasını əks etdirən videogörüntülər yayıldıqdan sonra bu, sosial şəbəkələrdə müharibəyə hazırlıq kimi qiymətləndirilmişdi.

Axar.az-ın məlumatına görə, Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində bu barədə də sualı cavablandırıb. Nazir, sözügedən ərazidə əsgər məzarlığının salındığını təsdiq edib.

“Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.

Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, ancaq qəbiristanlıq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”

Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər: “Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.

pia.az


Etiket: Zakir Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar