Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda doğulan anormal uşaqla balı baş ginekoloqdan açıqlama: Həkim cinayət edib

"Anormal körpə özəl klinikada doğulduğu üçün bizim bu məsələni araşdırmağa ixtiyarımız yoxdur"...

Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.

Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.

PİA.az medicina.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova açıqlamasında bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:

"Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, çünki dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın görək nədir, nə etməliyik".

Sevinc Məmmədova deyib ki, elə anomaliyalar nadir olsa da, rast gəlinir: "Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.

Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.

Həmin hamilə qadın özəldə doğuş etdiyi üçün görünür, çox imkansız da olmayıb. Çox güman ki, onun elə hamiləliyi də, USM müayinələri də hansısa özəl xəstəxana və ginekoloq tərəfindən aparılıb.

Doğuşa qədər bunun aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər".

Həkim onu da vurğulayıb ki, Sankt Peterburqda hələ I Pyotrun dövründən muzey kimi yaradılmış kunskamera var ki, orda belə anomal doğulmuş körpələr eksponat kimi saxlanılır.

Bəs valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi?

Həkim buna qanunun icazə vermədiyini söyləyib:

"Azərbaycanda evtanaziyaya icazə yoxdur. Körpənin ürək fəaliyyəti varsa, nə qədər yaşaya bilərsə yaşamalıdır. Ata-ana imtina etsə də, xəstəxana tərəfindən və ya dövlətə müraciət olunarsa, o uşaq nəzarətə alınmalıdır. Heç bir həkim süni olaraq onun ürəyinin fəaliyyətini dayandıra bilməz".

pia.az


Etiket: anormal körpə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar