Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bakıda daha bir yataqxanada yanğın: 5 nəfərə tibbi yardım göstərildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından virtualaz.org-a bildiriblər ki, hadisə yerinə 5 təcili yardım briqadası cəlb edilib. Briqada 5 nəfərə tibbi yardım göstərib. 49, 58 və 68 yaşlı 3 nəfər tüstüdən zəhərlənib. 65 və 73 yaşlı iki sakin isə təşviş keçirdiyindən səhhəti pisləşib. Hazırda 1 təcili yardım briqadası hadisə yerindədir. Təşvişə düşmüş sakinlərə yardım edilir.

Xatırladaq ki, bu, son vaxtlat Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən ilk hadisə deyil.

***

Bu dəqiqələrdə Nəsimi rayonu Səfər Əliyev 25-də yerləşən yataqxanada yanğın başlayıb.

Hadisə yerinə təcili yardım biriqadaları cəlb edilib.

pia.az

Etiket: Yanğın

Şərh yazın.

loading...