Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir su xətti partladı

Səhər saatlarında Bakının bəzi rayonlarını su ilə təmin edən Ələt-Bakı birinci kür xəttində qəza baş verib

Kəmər partlayıb və içməli su ətrafa yayılıb. Həmin xətt 50 il əvvəl istismara verildiyindən aşınmaya məruz qalıb.

Su xətti partlayıb, ətraf suyun içində qalıb. Suyun təzyiqi həddindən artıq güclü olduğundan su bir neçə metr yuxarı qalxıb. Bir anda ərazidə fantanı xatırladan görüntü yaranıb. Kadrlar səhər saatlarında Bakı-Ələt yolunun sağ kənarında, Lökbatan dairəsinin yaxınlığında çəkilib.

Hadisədən bir müddət sonra əraziyə Bakı Su Kanal İdarəsinin qəza xidməti gəlib. Qəzanın səbəbləri araşdırılıb və təmir işlərinə başlanılıb.

Sözügedən xətlə su ilə təmin olunan ərazilərdə içməli suyun verilməsində fasilə yaranmayıb. Həmin rayon və qəsəbələrə alternative xətt vasitəsi ilə içməli su paylanılıb.

Su xətti bərpa edilərək yenidən sakinlərin istifadəsinə verilib. (Xəzərxəbər)

pia.az


Etiket: su xətti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar