Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir rayon yaradılır

“Keçən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır”...

Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır: “Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərçişəhərə gəlincə, İçərçişəhərin artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünü xüsusi statusu var”.(APA)

pia.az


Etiket: rayon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar