Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda daha bir qadın qısqanclıq zəminində öldürüldü

“Mənə hörmət etmirdi”...

Bakıda həyat yoldaşını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu ilin iyunun 20-də Xəzər rayonunu Buzovna qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Nurəngiz Hüseynova yaşadığı evdə həyat yoldaşı Emin Hüseynov tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq zərbələri alan Nurəngiz Hüseynova 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, bir gün sonra dünyasını dəyişib.

Məlum olub ki, baş verən qanlı olaydan əvvəl ər və arvad arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Emin Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Onların birgə nikahlarından 2 övladı var.

İstintaq orqanı tərəfindən Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar