Bakıda 40 yaşlı kişi itkin düşüb...
Hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.
1979-cu il təvəllüdlü Kononov Mixayıl Mixayloviç səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nuraliyeva Dinara Alikovna ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
pia.az