Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək

Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 14:00-da start götürəcək.

Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər.

Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək.

İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qadınlar

52 kq

1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar