Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.
Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.
Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.(Trend.az)
pia.az