Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı

Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən OOO UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyf oğurlanıb...

PİA.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluğun oktyabrın 13-də, saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50x30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.

Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakin şirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.

Qeyd edək ki, OOO UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar "Cummins" mühərrikləri, generatorları, "Fleetguard" filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.

pia.az


Etiket: oğrluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar