Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib...
Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 2-də yerləşən 7 saylı yataqxananın girişində yeni doğulmuş oğlan uşağı tapılıb.
APA xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Araşdırmalar aparılır.
pia.az