Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bina tikintisinə görə ağacları kəsdilər - Video

Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib...

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Redaksiyamıza verilən məlumata görə, sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədi ilə məhv edilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq.

O.Məmmədov redaksiyamıza verdiyi açıqlamasında faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib:

“Bu gün şöbəyə Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Ərazidə insanların istirahəti üçün salınan park var. Baxış zamanı park ərazisində beş ağacın kəsilməsi faktı təsdiq olunub. Tərəfimizdən akt tərtib olunub.

Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan ağacların köçürülməsi üçün rəy verib. Lakin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əməkdaşları ağacları köçürmək yerinə ağır texnika ilə məhv ediblər. Bu məqamla bağlı da araşdırma başladılıb. Məsələnin yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar