Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bələdiyyə sədrliyinə vakansiya elan edilib - Fotofakt

Bakıda bələdiyyə sədri vəzifəsinə vakansiya elan edilib. Bəli, nə qədər qəribə səslənsə də belədir... 

Musavat.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən elan saytlarından birində bələdiyyə sədri vakansiyası elan olunub. Maaşı isə 700 manatdan çoxdur.

Elanı yerləşdirən tərəf Milli Diplomatiya Mərkəzi (internet resurslarında bu barədə məlumat yoxdur) olaraq qeyd edilir. Elanda deyilir ki, Bakıda qəsəbələrdən birinə bələdiyyə sədri tələb olunur.

Maraqlıdır ki, bələdiyyə sədrinə 700 manat və əlavə olaraq bonus da təklif olunur. Müraciət edən şəxsin yaş həddi 22-58 yaş arası olmalıdır. Tələblərdə namizədin məsuliyyətli, ali təhsilli, bacarıqlı və peşəkar olması da istənilir.

Reklamda göstərilən nömrəyə zəng edərək bunun həqiqət olub-olmadığını öyrənmək istədik. Zəngimizə cavab verən şəxs bildirdi ki, artıq vakansiya yeri tutulub.

Maraq üçün hansı qəsəbəyə bələdiyyə sədri lazım olduğunu da soruşduq. Danışdığımız şəxs bizə söylədi ki, bələdiyyə sədri Sabunçu rayonunun qəsəbələrindən birinə lazım olub...

Qeyd etmək lazımdır ki, bələdiyyə sədrliyinə vakansiya elan edilməsi qanunla mümkün deyil. “Bələdiyyələrin statusu haqqında” qanunda da bu haqda ətraflı yazılıb. Qanunda göstərilir ki, bələdiyyə seçkili orqandır.

Qanunda həmçinin bələdiyyə sədrinin necə seçilməsi və kimin bələdiyyə sədri ola biləcəyi də izah edilir:

"Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir".

pia.az 


Etiket: Vakansiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar