Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi olub

Bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi keçirilib...

APA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan mərasimi Azərbaycan prezidenti İlham Əliyev və Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva izləyiblər.

Tədbir iştirakçı 61 ölkənin bayrağının xüsusi sandıqlarda zala gətirilməsi ilə başlayıb.

Ardınca çıxış edən gənclər və idman naziri Azad Rəhimov beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu yarışın start götürdüyünü deyib: “14 ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir. 2014-cü ildən istifadəyə verilən bu möhtəşəm arena ölkə başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Gimnastika növləri üzrə Bakıda müxtəlif dünya kubokları, Avropa çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası 2 il ardıcıl olaraq, dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib”.

Nazir qeyd edib ki, müasir Azərbaycan gimnastikasında olan bu günki nailiyyətlər ölkəmizin I vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: “Mehriban xanımın rəhbərlik etdiyi yerli Təşkilat Komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk. Sözsüz ki, yarışın Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin şəraitində keçəcəyinə, maraqlı və pozitiv olacağına əminlik yaradır. İdmançılara bu imkanlardan bəhrələnərək, layiqli mübarizə aparmalarını və qələbə qazanmalarını arzu edirəm”.

Daha sonra FİG-in prezidenti Morinari Vatanabe mərasim iştirakçılarını azərbaycanca salamlayıb: “Dünyanın müxtəlif ölkələrindən olan idmançılar 7 gün ərzində Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq. Onlar həm də gözəllik üçün xalçaya çıxacaqlar. Əminəm ki, bu, azarkeşlər üçün möhtəşəm musiqi və möcüzəvi çıxışların harmoniyasından zövq alması üçün gözəl şansdır. Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə prezident Mehriban Əliyevaya, gənclər və idman naziri Azad Rəhimova, bədii gimnastika yarışının səfiri Yana Batırşinaya, könüllülərə, çempionatın gözəl təşkilində əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Əziz gimnastlar, ümid edirəm ki, siz dünyaya bədii gimnastikanın gözəlliyini və kamilliyini nümayiş etdirəcəksiz. Mənim üçün Bakıda 37-ci dünya çempionatını açıq elan etmək böyük şərəfdir”.

O, ötən həftə vəfat edən FİG-in sabiq prezidenti Bruno Qrandinin fəaliyyət barədə də məlumat verib. İtaliyalının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca A.Rəhimov, M.Vatanabe və dünya çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı, məşhur gimnast rusiyalı Yana Batırşina birlikdə yarışı açıq elan ediblər. Sonra tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini ifa edib.

Mərasimdə dünya çempionatının ulduz səfiri, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirib.

“Nağıllar gerçəkləşəcək” (“Fairy Tales will come to life”) devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə açılış mərasiminin bədii hissəsi olub. Yarışın təşkilatçıları bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq bir şou təqdim ediblər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da gerçəkləşib.

Azərbaycanın xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri səsləndirib

Qeyd edək ki, 7 gün davam edəcək mundialda 61 ölkədən 300-dən artıq idmançı xalça üzərinə çıxacaq. İlk 5 gündə fərdi gimnastlar xalçaya çıxacaqlarsa, son 2 gündə qrup hərəkəti üzrə komandalar güclərini yoxlayacaqlar. İlk dəst medal isə sentyabrın 17-də öz sahibini tapacaq. Dünya çempionatının bağlanışı sentyabrın 22-də, saat 16:15-də olacaq.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar