Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakıda azyaşlı qızına təcavüz edən atanın işi məhkəmədə

Bakının Binəqədi rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Ceyhun Cümşüdovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

PİA.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə başlanacaq.

İttihama görə, Ceyhun Cümşüdzadə Binəqədi rayonunda azyşalı qızına təcavüz etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə mühakimə olunan şəxsi 10 ildən 15 ilədək, 150.3.3-cü maddə ilə mühakimə olunan şəxsi isə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, Ceyhun Cümşüdzadənin oğlu Yasım Cümşüdzadə də azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməsi ittihamı ilə hüquq-mühafizə orqanlarında istintaq aparılır.

Yasin Cümşüdzadənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham elan edilib.

Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda Yasin Cümşüdzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatı təmin olunub.

Yasin Cümşüdadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Ermənistanın Qarabağdan çıxması an məsələsidir

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Ermənistanda daxili qarşıdurma yarandı – Rus mediası

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

Hərbiçimiz 27 il sonra Füzulidəki evində - Video

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

loading...

Ən çox oxunanalar