Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “avtoş” əməliyyatı - 6 sürücü həbs edildi

Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu rayonu ərazisində 6 avtoxuliqan saxlanılıb

İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub.

Digərləri Nadir Sultanov, Zaur Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub.

Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar.

Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar