Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 30-35 yaşlı Sabir Rzayevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az