Bakıda yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 21-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurub. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri orada ölüb.
Xəzər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
pia.az
z