Bakıda yol-nəqliyyat hadisəsi baş verib
PİA.AZ primetime.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Atəşgah (keçmiş Komsomol) dairəsindən olub.
Belə ki, sürətlə hərəkət edən "BMW" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Nəticədə sürücü ağır xəsarət alıb. Onun qolu, ayağı və boynu sınıb.
pia.az