Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb...
APA-nın məlumatına görə, qəza metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
Taksi fəaliyyəti göstərən minik avtomobili yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Quliyeva Məryəm Rəhim qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
pia.az