Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava – Sərnişinlər düşürüldü

202 nömrəli marşurutun sürücüləri dava edib

Axşam saatlarında 202 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusun sürücüləri əlbəyaxa davaya çıxıblar.

Pia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, 202 marşurut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

Onlar sərnişinləri düşürüb davaya gediblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülüb. Araşdırıb məlumat verməsi üçün daşıyıcıya göstəriş verilib.

pia.az


Şərh yazın.

loading...