Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib...
Hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.
Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.
Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir.
Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Əlavə məlumat veriləcək.(APA)
pia.az