Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 9 nəfəri gün vurub

İyunun 1-dən indiyədək günvurma diaqnozu ilə təcili tibbi yardıma 9 müraciət daxil olub

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Baş həkim bildirib ki, 1 nəfərə yerində yardım göstərilib, 8 nəfər isə xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

Günvurma zamanı başağrısı, ürəkbulanma baş verir. Nağıyev deyir ki, sonradan yaranan fəsadların qarşısını almaq üçün mütləq həkimə müraciət etmək lazımdır. Çünki başağrısı, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi, ürəkbulanma ola və bu, son nəticədə ağır fəsadlarla nəticələnə bilər. Azyaşlılar, qocalar, xəstələr həssas qruplardır, onların vəziyyəti daha tez pisləşə bilər.

Günvurma zamanı zərərçəkəni kölgəyə aparmaq, soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək, başına, boyunun yan tərəflərinə, qoltuqaltına (iri damarlar keçən yerlərə) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoymaq tövsiyə edilir. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır.

Qeyd edək ki, isti havalarda saat 11.00-dan 17.00-dək açıq gün şüaları altına çıxmaq məsləhət görülmür. Açıq rəngli və təbii materialdan biçilmiş geyimlərdən istifadə edilməsi, çox su içilməsi, həmçinin aşağı kalorili, əsasən tərəvəzi bol olan yeməklərə üstünlük verilməsi tövsiyə olunur.

pia.az


Etiket: Günvurma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar