Bakıda azyaşlını it dişləyib...
PİA.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2014-cü il təvəllüdlü K.Əliyev küçədə oynayarkən qəfil sahibsiz itin hücumuna məruz qalıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılaraq yardım olunub.
pia.az