Bakıda zəncirvari yol qəzası baş verib
"Report"un məlumatına görə, hadisə Yasamal rayonu, Mətbuat prospektində qeydə alınıb.
Belə ki, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda Mətbuat prospektində tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az