Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib...
Hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Dadaş Əliyev qonşusu ilə aralarında olan mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
pia.az