Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir

Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi (BNA) 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edir...

Bu barədə Agentlikdən bildirilib.

Məlumatda deyilir ki, ilk növbədə məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar sabahdan xidmətə başlayacaq.

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.

Təşkil olunacaq ekspres xətləri

1. M3 Koroğlu m/st – 28 May m/st.

2. M4 20 Yanvar m/st – S.Vurğun bağı

3. M5 Koroğlu m/st – 20 Yanvar m/st

4. M6 Əhmədli m/st – S.Vurğun bağı

5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.

Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

“Agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub” - Elçibəyin köməkçisi

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

Neftçala rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradıldı — Fotolar

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar