Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 5-ci dəfə “Business Networking Night” keçirilib

Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 5-ci dəfə “Business Networking Night” keçirilib. Tədbirdə dövlət rəsmiləri, 100-dən çox sahibkar, media nümayəndələri və ictimai fəallar iştirak edib

Açılış nitqindən sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müşaviri Elşən Qurbanov çıxış edərək dövlətin sahibkarlara son illərdə göstərdiyi dəstək, bu istiqamətdə görülən yeniliklər haqqında məlumat verib. Agentliyin hazırda mikro, kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması üçün biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirdiklərini, onlara həm maddi, həm də mənəvi köməklik göstərdiklərini bildirib.

Daha sonra söz dünyada öz sahəsində nüfuzlu və böyük psixoterapiya institutu olan Milton H.Eriksonun Türkiyədəki qurucusu Tamer Dövücüyə verilib. Gecəyə özəl spiker olaraq dəvət olunmuş Tamer bey sahibkarlar qarşısında biznesdə “Optimum Balans Modeli” mövzusunda çıxış edib.

Məclisin sonunda bir saata yaxın davam edən müxtəlif avtivliklər sayəsində 100-dən artıq sahibkar bir-birləri ilə tanış olub, fəaliyyətləri haqqında məlumatlar veriblər. Onlardan alınmış biznes kartların vasitəsi ilə müsabiqə keçirilib və qalib üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.

Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib. Çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır. (AzToday)

Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir. Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf prespektivləri əldə etmək çox çətindir. İki ildən çoxdur fəaliyyət göstərən “Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhvə verən belə qurumlardandır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar