Bakının Nərimanov rayonunda yaşayan qadın bıçaqlanıb...
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyunun 5-də saat 23:20 radələrində Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Sevinc Nəsirova sinəsində və əlində bıçaq yaraları ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstənin vəziyyəti ağır olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin təfərrüatını müəyyənləşdirmək üçün onu dindirə bilməyiblər. Qadına ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
pia.az