Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 380 binanın dam örtüyü təmir edilir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 10,0 milyon manat vəsait ayrılıb...

BŞİH-dən verilən məlumata görə, ilk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib.

Prezident sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə bağlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, şürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.

Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.

Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi Komissiya tərəfindən qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa, həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcək.

380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukrurları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar