Bakıda ölüm hadisəsi baş verib...
Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Muradlı Elməddin Ədalət oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı E. Muradlının dəm qazında zəhərlənərək öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.(apa)
pia.az