Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb. Polis idarəsində ifadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib.

DİN-dən verilən məlumatda qeyd olunur ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.
Qeyd olunan faktlarla bağlı şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Bakı şəhər Baş Polis İdarəsi və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

pia.az 


Etiket: Oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar